Bakı-Sumqayıt yolunda dəhşətli qəza -

Bakı-Sumqayıt avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə magistralın Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 40 BR 939 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən piyadanı vurub. Ağır bədən xəsarətləri alan piyada təcili tibbi yardım xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.(Apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR