x
Loading...
.

Şəhid atası: Oğul itkisi ağır olsa da...

.

Bu gün Azərbaycan gəncliyi vətənpərvər ruhda böyüyür və şəhidlərimizin qisasını almağa hazırdır.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş gizir İlqar Zeynallının atası Ayaz Zeynallı deyib.

Şəhid atası bildirib ki, Azərbaycanın tarixən qəhrəman oğulları olub və bu gün də yetişməkdədir: "Azərbaycan xalqı güclü və vətənpərvərdir. Hər bir Azərbaycan oğlu canını vətən yolunda qurban verməkdən çəkinmir. Mənim də övladım belə oğullardan biridir.

Bu gün hər birimiz vətənimizin müdafiəsinə hazırıq. Azərbaycan torpağında böyüyən hər bir şəxs kimliyindən asılı olmayaraq vətənə borcunu verməlidir. Ali Baş Komandanın əmrini gözləyirik. Əmr verilsə, işğal altındakı torpaqlarımızı azad etmək üçün səfərbər olacağıq".

A.Zeynallı gənc nəslin vətənpərvər ruhda böyüdülməsinin vacibliyini də vurğulayıb: "Vətən anadır, hər kəs anasını, bacısını qorumaq üçün vətənini qorumalıdır. Gənclərimizdə vətənpərvərlik ruhu var, daha da yüksək olmalıdır.

Azərbaycan gənclərinə tövsiyə edirəm ki, vətənpərvərlik ruhunda böyüməklə yanaşı, bunu özlərindən sonrakı nəslə də öyrətsinlər. Mən vətənpərvər oğul böyütdüyüm üçün, şəhid böyütdüyüm üçün fəxr edirəm. Oğul itkisi ağır olsa da, şəhid atası olmaq qürurvericidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR