“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ - Bloklana bilərsiniz

.

“WhatsApp” istifadəçilərinə naməlum nömrələrdən tətbiqin bloklanmasına səbəb olan ismarıclar gəlməyə başlayıb.

Metbuat.az xəbər verir ki, bu cür mesajlarda istifadəçi telefonda mətni açmağa çalışdığı təqdirdə, tətbiq bloka düşür.

Onun işləməsi isə ancaq yenidən quraşdırılma ilə mümkündür.

Riskin qarşısını almaq və zərərli mətnlərdən qorunmaq üçün istifadəçilərə “Ayarlar”a keçmək və “kontaktda olmayan şəxslərin qrup söhbətlərinə əlavə etməsinə qadağa qoymaq” tövsiyə olunur.

Bu sayədə istifadəçilər fırıldaqçılığın qurbanı olmaqdan qoruna bilərlər.

Məlum problemi yaşamamaq üçün istifadəçilərin tanımadıqları şəxslərdən göndərilən mesajları açmaması tövsiyə olunur.

Mənbə: “WABetainfo”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR