Sumqayıtda azyaşlını maşın vuraraq öldürüb

Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən hadisə qeydə alınıb.

Metbuat.az-ın məlumatına görə, hadisə şəhərin 8-ci mikrorayonunda binalardan birinin qarşısında baş verib.

Həyətdə oynayan 2017-ci il təvəllüdlü İsgəndərov Rəvan Seyid oğlunu “Toyota Prado” markalı avtomobil vurub. Azyaşlı aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR