Tramp:

“ABŞ-da heç kimin bilmədiyi silah sistemləri var”.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp cümə axşamı Miçiqan ştatına yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp əlavə edib ki, ABŞ-da Rusiyanın və Çinin sahib olmadığı yeni nüvə silah sistemi mövcuddur: "Möhtəşəm silahlarımız var. Xeyr, mən gizli məlumatlardan danışmıram, istehsal etdiyimiz silahlardan danışıram. Silahlı Qüvvələrimiz hər zamankından daha güclüdür”.

ABŞ lideri bildirib ki, son 3 il yarımda Silahlı Qüvvələrə 2,5 trilyon dollar xərclənib:

“Hazırda yeni raketlərimiz var. Ümid edirəm ki, bu silahlardan heç vaxt istifadə etməyəcəyik. Nüvə silahlarımız ən yaxşı vəziyyətdədir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR