.

Orta məktəblərlə bağlı Təhsil Nazirliyindən önəmli AÇIQLAMA

.

"Hər məktəbdə tibbi otaq yoxdur. Nazirlər Kabinetinin qərarı ilə məktəblilər üçün pulsuz tibbi xidmətin göstərilməsi ərazi üzrə poliklinakalara aiddir".

Metbuat.az bildirir ki, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

O deyib ki, poliklinikalardan həkim və ya tibbi bacısı məktəbə təhkim olunur:

"Hər məktəbdə COVID-lə bağlı balaca məntəqələr olacaq. Hər hansı şagirddə virusla bağlı problem olsa, məktəblərdə olan izolyasiya otağınıa yerləşdiriləcək, təcili tibbi yardım gəlib COVID testi götürəcək, valideynlər çağırılacaq və təcili tibbi yardımla evə göndəriləcək. Məktəblərdə COVID-lə bağlı hər hansı tibbi yardım nəzərdə tutulmur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR