“Payız aylarında neftin qiymətinin enməsini proqnozlaşdırmaq olar” - AÇIQLAMA

.

Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, sərt karantin qaydaları yenidən tətbiq edilərsə, neftin istehlak həcmi 86 milyon barel azala bilər.

“Fitch” beynəlxalq reytinq agentliyi dünya bazarında "Brent" markalı xam neftin uzunmüddətli dövrdə ucuzlaşacağını proqnozlaşdırır. Bu barədə Agentliyin açıqladığı “Global Economic Outlook – 2020” hesabatının sentyabr sayında bildirilir.

Metbuat.az xəbər verir ki, Almaniyanın Zigen Universitetinin qonaq professoru Müslüm İbrahimov deyir ki, koronavirus epidemiyasının ikinci dalğası dünya neft bazarına birinci mərhələdə olduğu kimi kəskin təsir etməyəcək:

“Hazırda bir çox dünya ölkələrində iqtisadi böhran müşahidə olunur. Ona görə də dünya bazarında balansın dəyişməsi baş verir. Bu da birinci dalğa zamanı sərt karantin qaydalarının tətbiqi nəticəsində ortaya çıxıb. Dünya iqtisadiyyatının ləng bərpa olunması yığılmış ehtiyatların ləng istifadəsinə səbəb olur. Ona görə də payız aylarında neftin qiymətinin 35 dollara qədər enməsini proqnozlaşdırmaq olar. İkinci dalğa zamanı sərt karantin qaydaları yenidən tətbiq edilərsə, neftin istehlak həcmi 86 milyon barel azala bilər”.

Xatırladaq ki, “Fitch” iyunda “Brent” neftinin 1 barelinin 2020-ci il üçün orta qiymətinə dair proqnozunu 35 ABŞ dollarından 41 ABŞ dolllarına qaldırmışdı.(Sputnik Azerbaycan)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR