Bakı şəhərinin Nərimanov rayonu üzrə bir azyaşlı liftdə köməksiz vəziyyətdə qalıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən bir azyaşlının liftdən çıxarılması təmin edilib.