.

İran Trampın çağırışına əməl etmədi: 27 yaşlı çempion edam edildi

.

İranda güləş üzrə çempion, 27 yaşlı Nəvid Əfkari edam edilib.

Metbuat.az xəbər verir ki, idmançı hökumət əleyhinə keçirilən etiraz aksiyalarında qruplaşmalar yaratmaqda və polisin ölümündə təqsirli bilinib.

Məlumata görə, N.Əfkari eyni zamanda 2018-ci ildə Şiraz şəhərində mühafizəçini qətlə yetirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp İran tərəfinə N.Əfkarinin edam olunmaması ilə bağlı çağırış etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR