“Qalatasaray” mövsümə qələbə ilə başladı

Futbol üzrə Türkiyə Super Liqasında yeni – 2020/21 mövsümünün ilk turunun oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Qalatasaray” ilk tur çərçivəsində “Qaziantep”i qəbul edib. İstanbul təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

Super Liqanın yeni iştirakçısı “Fatih Karagümrük” doğma meydanda “Yeni Malatyaspor”u darmadağın edib. “Göztəpə” də “Dənizlispor”a böyük hesabla qalib gəlib. “Sivasspor” isə evdə “Alanyaspor”a 2 cavabsız qolla uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR