“Neftçi”də yeni məşqçi təyinatı

“Neftçi”nin əvəzedicilərdən ibarət komandasının məşqçilər korpusuna yeni təyinat olub.

Metbuat.az klubun saytına istinadən xəbər verir ki, Elşən Poladov bundan sonra sözügedən komandada qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

40 yaşlı mütəxəssislə bir il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, Poladov “Xəzər” (Sumqayıt), “Kimyaçı” (Sumqayıt), OİK (Bakı), “Şəfa” (Bakı), “Dinamo” (Bakı), “Bakı”, “Turan” (Tovuz), “Şəmkir”, “Olimpik” (Bakı), “Kəpəz” (Gəncə), “İnter” (Bakı) klublarında oynayıb.

“Bakı” və “İnter”lə Azərbaycan çempionu, “Şəfa” və “Bakı” ilə ölkə kubokunun qalibi olub. 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. “Sumqayıt”ın U-16 və U-17 komandalarında çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR