David Silva koronavirusa qalib gəldi

İspaniyanın "Real Sosyedad" komandasının yeni transferi David Silva koronavirusdan sağalıb.

Metbuat.az xəbər verir ki, 34 yaşlı futbolçu bu gün kollektivlə birlikdə məşq edib.

İspaniyalı oyunçunun sentyabrın 20-də La Liqanın II turunda "Real Madrid"lə ev matçında meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, 2019/2020 mövsümünün sonunda İngiltərə "Mançester Siti"sindən ayrılan David Silva "Real Sosyedad"a azad agent kimi keçib. Avqustun 31-də təqdimat mərasimi keçirilən futbolçuda koronavirus aşkarlandıqdan sonra o, 2 həftəlik karantinə alınmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR