Türkiyədə ilk koronavirus peyvəndi vuruldu -

Türkiyədə bu gün ilk koronavirus peyvəndləməsi keçirildi.

Metbuat.az xəbər verir ki, ilk mərhələdə 1 300-dək tibb işçisi peyvənd olunub.

İstambul Hacətəpə universitetində gerçəkləşdirilən peyvənd prosesinə cəlb olunanlar 14 gün sonrayenidən peyvəndlənəcək.

Bütün bu peyvəndlərin nəticələri Ümumdünya Səhiyyə Təşkilatına məlumat veriləcəkdir. Əsasən, xroniki xəstəlikdən əziyyət çəkən 13 min nəfərin peyvəndlənməsi gözlənilir.

Qeyd olunur ki, həmin peyvənd Çində istehsal olunub.

Mənbə:Ensonhaber.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR