Kiçik marketlərin böyük problemi: Verilməyən ƏDV çekləri – VİDEO

.

Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması müəyyən edilib. İstehlakçılar alış-veriş edərkən bu hüquqlarının pozulmasından şikayətlənirlər. Necə?

Metbuat.az Baku Tv-yə istinadən xəbər verir ki, əksər insanlar marketlərdə alış-veriş edərkən ƏDV çekin verilməməsindən şikayətlənirlər. Bu məsələdə də ən çox kassiri günahlandırırlar.

Üz tutduğumuz supermarketdə müşahidələrimizə əsasən, demək mümkündür ki, kassirlər alıcılara ƏDV çeki tələb etməsələr də, çek verirlər. Bəs bu problem hansı marketlərdə yaşanır. Çəkilişi gizli aparmaq qərarına gəldik.

Məsələ ilə bağlı Vergilər Nazirliyinin münasibətini öyrənməyə çalışdıq. Nazirlikdən bildirdilər ki, Dövlət Vergi Xidmətinin qəti mövqeyi budur ki, istehlaçkıya kassa çeki mütləq şəkildə təqdim edilməlidir.

ƏDV ilə bağlı digər problem isə “edvgerial” saytından yığılan məbləğlə bağlıdır. Belə ki, bəzi vətəndaşlar bildirirlər ki, yığılan məbləği Kapital bankı çıxmaq şərtilə hər hansı bank kartına yüklədikdə 1 manat məbləğində komissiya haqqı tutulur.

Bəs vergidən əlavə olunan ödənişdən vergi tutmaq nə dərəcədə doğrudur? Nazirlik bu sualı da cavabsız qoymadı. Belə ki, əgər həmin kart hüquqi və ya fiziki şəxsə məxsusdursa, hüquqi şəxs və fərdi sahibkarlardan kart hesablarından nağd qaydada vəsaitin çıxarılmasına görə 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulur.

Sonda bu qənaətə gəldik ki, ƏDV çeklərinin verilməməsinə daha çox kiçik mağazalarda rast gəlinir. Məsələnin digər tərəfi isə göz qabağındadır. "ƏDV çeklərindən yığılan məbləğdən tutulan vergi isə birbaşa banklarla əlaqəlidir. Bu məsələyə nazirliyin heç bir adiyyəti yoxdur", - deyə vergilər nazirliyindən bildirdilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR