Bu ölkələrdə virus ŞİDDƏTLƏ YAYILIR: Bir gündə 2500 insan öldü

Dünyada 3 ölkədə koronavirus xüsusən sürətlə yayılmağa davam edir.

Metbuat.az bildirir ki, Hindistanda son sutkada koronavirusdan 1132 nəfər ölüb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Bununla da, ölkədə koronavirusdan ölənlərin sayı 83 mini keçib. Son sutkada ölkədə 97 min 894 yeni yoluxma qeydə alınıb, ümumi yoluxmalayın sayı 5 milyon 118 mini ötüb.

Braziliya Səhiyyə Nazirliyinin məlumatına görə, son sutkada 987 nəfərin ölümü ilə ölkədə koronavirusdan ölənlərin sayı 134 min 106 olub. Yoluxmaların sayı isə 36 min 820 nəfər artaraq 4 milyon 419 mini keçib.

Koronavirusun sürətlə yayıldığı ölkələrdən biri də Meksikadır. Ölkədə son 24 saatda virusdan 300 nəfər ölüb, ölü sayı 71 min 978 olub. Yoluxanların ümumi sayı isə 680 mini keçib.

Mənbə: Anadolu Ajansı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR