"Qurban Məmmədov sərbəst buraxılıb" -

Türkiyədə saxlanıldığı bildirilən hüquqşünas Qurban Məmmədovun sərbəst buraxıldığı qeyd olunur.

Metbuat.az xəbər verir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb.

O bildirib ki, Q.Məmmədov artıq İngiltərədədir və evinə getmək üçün yoldadır: “Əlavə narahatlığa ehtiyac yoxdur, Türkiyə ilə bağlı heç bir problem yoxdur”.

Qeyd edək ki, bir neçə saat əvvəl Qoşqar Məmmədov atası Qurban Məmmədovun Türkiyədə saxlanıldığı haqda məlumat yaymışdı.

Xatırladaq ki, Azərbaycan Q.Məmmədovu beynəlxalq axtarışa verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR