Beyl yenidən Premyer Liqada

.

Madrid "Real"ının uelsli futbolçusu Qaret Beylin yenidən “Tottenhem”ə qayıdışı reallaşır.

Metbuat.az xəbər verir ki, bu barədə dünyaca məşhur idman jurnalisti Fabritsio Romano öz “Twitter” hesabında məlumat verib.

Romano qeyd edib ki, futbolçu sabah Madriddən Londona yola düşəcək. O, tibbi baxışdan keçdikdən sonra “Tottenhem”lə bir illik icarə müqaviləsi bağlayacaq.

Qeyd edək ki, 31 yaşlı hücumçu 2007-2013-cü illərdə London klubunda çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR