Uşaqları amansızca öldürənlər yaxalandılar

Uşaqları amansızca öldürənlər yaxalandılar
09:27 18 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

Qətliamda şübhəli bilinən 5 nəfər həbs olunub
Ötən ay Pakistanda Peşavər məktəbinə edilmiş qanlı basqınla əlaqədar 5 nəfər şübhəli həbs edilib.

Anspress-in məlumatına görə, bu barədə Əfqanıstan rəsmiləri xəbər yayıb.

Onlar bildiriblər ki, bu şəxslərin Peşavər şəhərindəki Ordu Orta Məktəbinə basqında iştirak etdikləri düşünülür.

Xəbər verilir ki, hamısı əcnəbi olan bu beş nəfər Əfqanıstanın Pakistanla şərq sərhəd bölgəsində həbs edilib.

Xatırladaq ki, ötən il dekabrın 16-da törədilmiş qətliam üçün məsuliyyəti öz üzərinə həm Əfqanıstan, həm də Pakistanda fəal olan Taliban götürüb.

Həmin terror aktı zamanı əksəriyyəti məktəblilər olmaqla 148 nəfər öldürülmüşdü.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR