Növbəti dəfə sərt karantin rejimi tətbiq edilə bilər? -

Son günlər Azərbaycanda sərt karantin rejiminin yumuşaldılması üçün müvafiq qərarlar verilir. Bəs yumuşaldılmadan sonra yoluxma dinamikası artarsa yenidən sərt karantin rejimi tətbiq oluna bilərmi?

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, yoluxma sayı bizim apardığımız tədbirlərdən yox, vətəndaşlarımızın qaydalara əməl etməsindən asılıdır. Qaydalara nə qədər ciddi əməl etsək, yoluxma sayı o qədər azalar.

'' Məsələni belə izah edim. Gəlin çox sərt karantin rejimi həyata keçirək, insanların bayra çıxmağa qoymayaq, bayra çıxanda da nəzarət edək. O zaman nə olacaq? Küçəyə çıxan insan özü qanuna əməl etməsə, ən kəskin karantin qaydalarını tətbiq etməyin yeri yoxdur. Mənim fikrimcə, karantin rejimi yumşalsın, amma verilən tövsiyələrə ciddi sürətdə əməl edilsin. Bununla yoluxma hadisələri minimuma düşəcək.''


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR