Kirayə mənzil bazarında SON VƏZİYYƏT -

Bakıda kirayə mənzil bazarında canlanma müşahidə olunur. Paytaxta gələn tələbələrin sayının azalmasına baxmayaraq, kirayə haqları qaldırılıb.

Metbuat.az xəbər verir ki, kirayə mənzillərə tələbatın artacağını gözləyən mənzil sahibləri qiymətləri indidən bahalaşdırıblar. Hazırda kirayə mənzil bazarında bir otaqlı mənzilin qiyməti 391 manat, iki otaqlı üçün bu rəqəm 576 manat təşkil edir. Ucuz mənzillərdə də qiymət artımı olub.

Belə ki, iyul ayında 327 manata təklif olunan mənzillərin qiyməti avqust ayında 386 manat təşkil edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR