"Qarabağ" Avroliqada bu cütün qalibi ilə qarşılaşacaq

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən mərasimdə yeganə təmsilçimiz "Qarabağ"ın da potensial rəqibləri müəyyənləşib. Ağdam klubu “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.

"Qarabağ" bir oyundan ibarət olacaq bu mərhələnin matçını səfərdə keçirəcək.

Qeyd edək ki, 3-cü təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR