Fransa prezidenti Emmanuel Makron özünün "Tvitter" hesabında türkcə "tvit" ataraq Türkiyəyə ismarıc göndərib.
Metbuat.az xəbər verir ki, son zamanlar Ərdoğanı hədəf alan çıxışları ilə diqqətləri üzərinə çəkən Makron tvitdə qeyd edib:
"Ayaççoda Türkiyəyə bir mesaj göndərdik, yaxşı niyyətli, sadəlövlük olmadan məsuliyyətli bir dialoq açaq. Bu çağırış Avropa Parlamentinin çağırışıdır".
Mənbə: Sondakika.com