.

“Qasım Süleymaninin qisası mütləq alınacaq” - SEPAH-ın komandanı

.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin qisası mütləq alınacaq.

Metbuat.az xəbər verir ki, bunu SEPAH-ın komandanı, general Hüseyn Salami deyib.

“Biz yalnız general Qasım Süleymaninin şəhid olmasında birbaşa və ya dolayısı ilə iştirak edənləri hədəf alırıq”, - deyə general vurğulayıb.

O, ABŞ-ın Cənubi Afrikadakı səfirinə sui-qəsd planları ilə bağlı iddialara da münasibət bildirib.

“Siz elə düşünürsünüz ki, biz şəhid qardaşımızın qanı müqabilində Cənubi Afrikadakı bir qadın səfiri vuracağıq?”, - deyə SEPAH-ın komandanı qeyd edib.

Xatırladaq ki, daha əvvəl “Politico” nəşri ABŞ-ın bir sıra rəsmilərinə istinadən iddia edib ki, İran Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın Cənubi Afrikadakı səfiri Lana Marksa sui-qəsd təşkil etmək niyyətindədir.(Apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR