Əfqanıstanda partlayış törədilib, ölən və yaralılar var

.

Əfqanıstanın Bəlx vilayətində partlayış törədilib.

Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, əyalətin polis idarəsinin sözçüsü Adilşah Adil bildirib ki, keçmiş polis rəisi Hacı Haşımxan Əhmədzadənin keçdiyi yolda bomba quraşdırılmış avtomobil partladılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR