Dəlləklidə müəmma davam edir:

Dünən Qubanın yanğın olan Dəlləkli kəndində bu gün də yanğın baş verib.

Metbuat.az xəbər verir ki, bu dəfə kənd sakini Nazim Rzayevə məxsus bağda ot tayası yanmağa başlayıb.

Hadisə yerinə Quba Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Quba rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev də hadisə yerinə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Dəlləkli kəndində 4 yanğın olub. Kənd sakinlərinə məxsus ot tayaları və tövlələr yandırılıb. (qafqazinfo)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR