TƏBİB məlumat yaydı -

Azərbaycanda koronavirusla bağlı 20 sentyabr 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Son sutkada koronavirusa görə 6886 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 1 milyon 54 min 792-yə çatıb.

Reanimasiyada olan xəstə sayı 110, süni tənəffüs cihazında olan xəstə sayı 10 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə 39 min 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib. Aktiv xəstə sayı 1858 nəfərdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR