.

"Barselona"nın futbolçusu İtaliya klubunda

.

İtaliyanın “İnter” klubu “Barselona”nın yarımmüdafiəçisi Arturo Vidalı transfer edib.

Metbuat.az bildirir ki, 33 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanıb. Tibbi müayinədən keçən Çili millisinin futbolçusu ilə 3 illik müqavilə bağlanıb. Transfer dəyəri isə 1 milyon avro olaraq açıqlanıb.

Qeyd edək ki, Vidal “Barselona”ya 2018-ci ildə Almaniyanın “Bavariya” klubundan transfer olub.

Mənbə: Ntvspor


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR