Azərbaycan və Ermənistan müharibənin bir addımlığındadır - AÇIQLAMA

.

“Son üç ayda Ermənistan-Azərbaycan silahlı qüvvələrinin təmas xəttində baş verənlər onu deməyə əsas verir ki, Ermənistan birmənalı olaraq vəziyyətin gərginləşdirilməsində maraqlıdır.”

Bu fikirləri hərbi ekspert Ramil Məmmədli Metbuat.az-a özəl müsahibəsində bildirərək qeyd etdi ki, artıq iki ilə yaxındır ki, sülh danışıqları aparılmır. Bunun əsas səbəbkarı da Ermənistandır.

“Ermənistan vasitəçilərin heç bir təklifi ilə razı deyil. Sonuncu dəfə vəziyyətin gərginləşməsinə səbəb Ermənistanın bütün təklifləri rədd edib özünün təklifini irəli sürməsi oldu. Bütün bunlarla kifayətlənməyən Ermənistan iyulun 12-si Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdu. Həmçinin Ermənistanın Goranboy istiqamətində kəşfiyyat təxribat hərəkətləri yaratması nəticəsində erməni zabiti əsir götürüldü.”

Hərbi ekspert Ramil Məmmədli bildirdi ki, sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu istiqamətində vurulan Ermənistan ordusuna məxsus Pilotsuz uçuş aparatı (PUA)-nın həmin istiqamətdə irəliləməsində məqsəd strateji obyektlərinin vurulması lazımi kəşfiyyat məlumatların toplanması ilə bağlıdır.


“Ötən gün isə Tovuz-Şəmkir istiqamətində Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatının (PUA) uçuş həyata keçirərək müşahidə kəşfiyyat aparması vəziyyətin getdikcə gərginləşməsindən xəbər verir. Müttəfiqləri tərəfindən silahlandırılan Ermənistanın bu davranışları Azərbaycanı müharibəyə təkid etmək niyyəti güdür.

Düşünürəm ki, Ermənistanda son günlər səfərbərlik çağırışları, 40 yaşa qədər ermənilərin orduya çağrılması, xaricdə yaşayan xüsusən də Livanda Suriyada yaşayan Ermənilərin hərbi təlimlərə cəlb olunması Ermənistanın müharibəyə hazırlaşmasından xəbər verir.”

“Azərbaycan və Ermənistan müharibənin bir addımlığındadır”...

“Onlar elə düşünürlər ki, ən yaxşı müdafiyə hücumdur. Məqsəd Qarabağdakı mövcud status kvonu ömürlük saxlamaq üçün hazırki müharibə ritorikasını artırıblar. Elə düşünürlər ki, Azərbaycan bu ritorikadan çəkinəcək. Ermənistan və onun müttəfiqləri qarşısında susacaq. Azərbaycan Prezidenti İlham Əliyevin və Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın atacağı istənilən əks addım cavabsız qalmayacaqdır. Hesab edirəm ki, Azərbaycan və Ermənistan müharibənin bir addımlığındadır. Bunun da əsas günahkarı Ermənistandır.”

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR