Braziliyada son sutkada 13 min insan koronavirusa yoluxub

Braziliyada son sutka ərzində daha 13 min 439 nəfərin koronavirus infeksiyasına yoluxması, 377 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 558 068 nəfər yoluxub. Bu müddət ərzində 137 272 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 887 199 xəstə müalicə olunaraq sağalıb.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR