"Azərbaycan prosesin sülhlə həllini istəyirdi, lakin son hadisələrdən görünür ki..." - Deputatdan

"Ermənistanın bu təxribatları törətməkdə məqsədi cəbhə bölgəsində gərginliyi artırmaq, Azərbaycanı provakasiyaya cəlb etmək və danışıqlar prosesini pozmaqdır".

Metbuat.az xəbər verir ki, bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. O bildirib ki, düşmənin törətdiyi təxribatlar nəticəsində artıq danışıqlar tam pozulub:

"Eyni zamanda biz görürük ki, Paşinyan tez-tez Qarabağa səfər edir və müxtəlif təxribat xarakterli bəyanatlar səsləndirir. Əlbəttə ki bu birbaşa danışıqların pozulmasına hesablanıb və prezident İlham Əliyevin də dediyi kimi artıq danışıqlar pozulub. Azərbaycan bu təxribatların qarşısını almağa qadirdir. Azərbaycan uzun müddətdir ki, münaqişənin sülh yolu ilə tənzimlənməsinə çalışır və danışıq proseslərində aktiv iştirak edir. Azərbaycan Ermənistanın da danışıqlarda aktiv iştirakına çalışır, lakin görünən budur ki, ermənilər müəyyən addımlarla təxribatlarını davam etdirirlər".

Ceyhun Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan münaqişənin sülhlə həllini istəsə də, müharibə ehtimalına da tam hazırdır:

"Son vaxtlarda Ermənistanın Azərbaycana qarşı 7 şərt irəli sürmüşdü. Bunlar absurd şərtlərdir. Prezident İlham Əliyev də öz fikrini qəti şəkildə bildirərək Azərbaycanın bu şərtlərlə razı olmadığını, Ermənistanın torpaqlarımızı boşaltmalı olduğunu qeyd etdi. Müharibəyə qaldıqda isə, Azərbaycan hər cür prosesə hazırdır. Azərbaycan uzun müddətdir danışıqların sülh yolu ilə həll olunmasını istəyirdi, lakin son proseslər göstərir ki, Ermənistan yalnız təxribat törətməklə məşğuldur və torpaqları azad etmir. Buna görə də, Azərbaycan təxribatların qarşısını almaq üçün lazım olan bütün addımları atacaq. Bu gün Azərbaycanın ordusu güclüdür. Ermənistan bilməlidir ki, Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə razılaşmayacaq və öz torpaqlarını işğaldan azad edəcək".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR