Baş nazirin ad günündə faciə: Hidrogen doldurulmuş şarlar partladı, 12 nəfər... -

Hindistan Baş nazirinin doğum günündə dəhşətli hadisə baş verib.

Metbuat.az xəbər verir ki, Çennai şəhərində 70 yaşını qeyd edən nazirin doğum günündə fişənglərin hidrogen doldurulmuş 100-ə yaxın şara toxunması nəticəsində partlayış meydana gəlib. Hadisə nəticəsində 12 nəfərin yaralandığı bildirilib. Eyni zamanda məlum olub ki, Modi doğum günündə 2 minə qədərşarı havaya buraxmaq istəsə də, lazımlı icazələri ala bilməyib.

Doğum günündə baş verən faciə kameralara düşüb. O anların görüntüsünü təqdim edirik:


Mənbə: sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR