Türkiyəli general:

“Ermənistan işğal etdikləri torpaqlara müxtəlif etnik insanları, xüsusən də erməniləri gətirərək bölgənin demoqrafik quruluşunu dəyişdirməyə çalışır. Bu insanlara Ermənistan vətəndaşlığı verilir. Onlar diaspora fəaliyyəti ilə məşğul olan ermənilər tərəfindən ödəniləcək muzdlulara da çevrilirlər. Çünki Ermənistanda heç kim işğal olunmuş ərazilərdə döyüşmək istəmir.”

Bu sözləri Metbuat.az-a özəl müsahibəsində Türkiyənin Azərbaycanda sabiq hərbi ataşesi, təqaüddə olan general-mayoru Yücel Karauz deyib.

Onun sözlərinə görə bu insanların bəziləri Kürd mənşəlidir.

“Onların həmin ərazilərə yerləşdirilməsində məqsəd gələcəkdə Türkiyəyə və Azərbaycana qarşı terror fəaliyyətlərində istifadə etmələridir. Ermənistanın bu hərəkəti gələcəkdə ona demoqrafik baxımdan fayda verə bilər, ancaq hərbi baxımdan faydalı ola bilməz.

Ermənistanın bu işi böyük qardaşlarının xəbəri olmadan etməsi mümkün deyildir. Bu həm də ABŞ-dakı, ilk növbədə Fransadakı erməni diasporasının orta və uzunmüddətli siyasi hədəfləridir. Bu gün bu fəaliyyətləri ilə siyasi dəstək tapmağa və haqsız və qanunsuz olaraq işğal etdiyi torpaqlarda ömrünü bir müddət uzatmağa çalışır.

Nəticədə, bu addımlar öz siyasi hədəflərinə demoqrafik və xarici dəstək baxımından faydalı olsa da, hərbi baxımdan faydalanmayacaqları qiymətləndirilir.

Bəs Nikol Paşinin bölgədəki münaqişəni alovlandırmaqda məqsədi nədir?

“Bu təkcə erməni siyasi gücünün qərarı deyil. Nikol Paşinyanı hakimiyyətə gətirən ABŞ-dakı erməni diasporası Avropa ölkələrinin, xüsusən də Fransanın siyasi maraqlarını alovlandırır. Həm də hökumətin uğursuzluqlarını daxili siyasi, iqtisadi və hərbi uğursuzluqları və pandemiyanın yaratdığı ağır yüklə ört-basdır etmək istəyirlər.

Hakim güclər dünyada yeni bir münaqişə bölgəsi olaraq Qafqazda bir cəbhə açmaq istəyirlər.

Heç bir erməni ana oğlunu cəbhəyə göndərmək istəmir. Buna görə də Ermənistanın artıq mübarizə aparmaq üçün gücü yoxdur. Ümumi olaraq Ermənistanın məqsədi münaqişələri qızışdırmaq, təxribat yaratmaq, diasporanın və Avropanın siyasi ambisiyalarına xidmət edərək gücünü qorumaqdır.

General-mayoru Yücel Karauz bildirdi ki, son 29 ildə Azərbaycan getdikcə daha da güclənərək regional güclü dövlətə çevrildi. Əgər ali baş komandan İlham Əliyev əmr verərsə Azərbaycan ordusu 3-5 gün ərzində işğal olunmuş əraziləri geri almağa qadirdir.

“Türkiyə hər cür mənəvi və maddi imkanlarla birlikdə 83 milyon vətəndaşının mənəvi dəstəyi ilə Azərbaycan haqlı savaşının yanındadır. Mənim kimi yüz minlərlə insan haqlı olaraq Azərbaycan türklüyü uğrunda döyüşməyə və bu yolda şəhid olmağa hazırdır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR