Braziliyada son sutkada 33 min insan koronavirusa yoluxub

Braziliyada son sutka ərzində daha 33 min 281 nəfər yeni növ koronavirusa yoluxub, 869 nəfər isə virus səbəbindən həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 624 885 nəfər yoluxub. Bu müddət ərzində 138 977 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 992 886 xəstə müalicə olunaraq sağalıb.

Mənbə: Anadolu Ajansı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR