“Gənc Fermer” layihəsinin iştirakçıları üçün ilk təlim təşkil edilib - FOTO

.

"Sosial layihələr” müsabiqəsi çərçivəsində "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi, "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi və Lənkəran Peşə Liseyinin birgə təşəbbüsü ilə həyata keçirilən "Gənc Fermer” layihəsinin iştirakçıları üçün Lənkəran rayonunda ilk təlim təşkil edilib.

Metbuat.az xəbər verir ki, Fəqan Hüseynov tərəfindən keçirilən təlimdə iştirakçılara assosiasiyaların yaradılması, strukturu və idarə edilməsi, fəaliyyət planı və digər hüquqi sənədləri barədə ətraflı məlumat verilib, eyni zamanda "Gənc Çayçılar Assosiasiyası"nın yaradılması ilə bağlı təqdimat nümayiş olunub.

Layihənin məqsədi Lənkəran rayonunda ənənəvi sahələrdən olan çayçılığın inkişafı üçün ting yetişdirilməsinin təşviqi, bu sahədə çalışan mütəxəssislərin potensialının üzə çıxarılması, gəncləri lokal layihələrə cəlb etməklə, onların məşğulluğunun təmin edilməsidir.

Qeyd edək ki, təlim karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində təşkil edilib.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR