.

Elnarə həyat yoldaşına mahnı həsr etdi - VİDEO/FOTOLAR

.

Müğənni Elnarə Xəlilova yeni mahnısı və klipini təqdim edib.

Metbuat.az xəbər verir ki, "Ruh Əkizi" adlanan yeni yaradıcı işin musiqisi Rəşad Bağırov, sözləri Cavid Əhmədov, aranjemanı Rəşad Bağırova məxsusdur. Klipin rejissoru Bəhruz Qurbanlı, prodüseri PRoMete, icracı prodüseri Faiq Abdullayevdir.

Müğənni "Ruh Əkizi" mahnısını həyat yoldaşı ilə tanışlığının 20 illiyinə həsr edib. Klipdə onların toyundan olan görüntülər yer alıb. Çəkilişlər “CinemaPlus” kinoteatrında aparılıb.

Xatırladaq ki, Elnarə telejurnalist Rövşən Cahangirovla ailəlidir. Onların 4 övladı var.

Klipi aşağıdakı linkdən izləyə bilərsiniz:




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR