.

Braziliyada bir gündə 86 min insan koronavirusa yoluxdu

.

Dünyada koronavirusun sürətlə yayılmaqda olan 3 ölkə olan Hindistan, Braziliya və Meksikada virus səngimir.

Metbuat.az xəbər verir ki, Hindistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, son sutkada ölkədə 1141 nəfər həyatını itirib. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 92 min 290 olub. Son sutkada 86 min insanın yoluxması ilə yoluxma sayı ölkədə 5 milyon 818 min olub.

Braziliyada isə virus səbəbindən son sutkada 831 nəfər ölüb. Ölkədə virusdan ölənlərin sayı 139 min 808 olub. Yoluxma sayı isə son sutkada 32 min 817 nəfər artaraq 4 milyon 657 min olub.

Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, son bir gündə ölkədə koronavirus 590can alıb, ölkədə ölənlərin sayı 75 mini ötüb. Yoluxma sayı 5 min 408 artaraq 715 mini keçib.

Mənbə: Anadolu Ajansı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR