Alimlərdən ŞOK AÇIQLAMA: Peyvənd tapılsa da, koronavirus davam edəcək

Britaniya hökümətinin səhiyyə sözcüləri bildiriblər ki, istehsal ediləcək "COVID-19" peyvəndi koronavirusun yayılmasının qarşısını almayacaq, sadəcə əlamətlərini 50% azaldacaq.

Metbuat.az xəbər verir ki, koronavirusa qarşı hazırlanan 200-ə yaxın potensial peyvəndin klinik çalışmalarının davam etdiyi vaxtda Britaniya mütəxəssisləri deyiblər ki, koronavirus peyvəndi hazır olan kimi "sehrli çubuq" olmayacaqvə böyük ehtimalla insanların virusa yoluxmasının da qarşısını almayacaq.

Məlumata görə, peyvənd sadəcə virusun əlamətlərini azaldacaq. Mütəxəssislər bildiriblər ki, koronavirusa yoluxmaların sayını 50% azalda biləcək peyvənd uğurlu sayılacaq.

Mənbə: Sputnik Türkiyə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR