"Ermənistanın təxribatları beynəlxalq hüquqa ziddir" - Pakistan səfiri

.

"Ermənistanın Azərbaycana qarşı təxribatçı əməlləri, atəşkəsin mütəmadi pozulması beynəlxalq hüquqla bir araya sığmır".

Metbuat.az xəbər verir ki, bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Hayee jurnalistlərlə görüşü zamanı bildirib.

“Pakistan bu məsələdə daim Azərbaycanın yanında olacaq. Biz Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinə tərəfdarıq. Xatırlatmaq istərdim ki, Pakistan Ermənistanı Azərbaycana qarşı işğalçı siyasətinə görə tanımayan yeganə dövlətdir”, - səfir vurğulayıb.

Azərbaycanla hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini dilə gətirən pakistanlı diplomat həmçinin antiterror əməliyyatları sahəsində xeyli müsbət təcrübəyə malik olduqlarını da diqqətə çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR