.

Nazirlik "Araz market" və "Al market"i cərimələdi

.

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində müvafiq qayda və tələblərə əməl edilməsinə nəzarət tədbirlərini davam etdirir.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, qurumun bu gün keçirdiyi monitorinqlər zamanı Yasamal rayonunda “Zəka dəftər mağazası”nda, Elşad Vəliyevə, Dadaş Dadaşova pərakəndə ticarət obyektlərində, Səbail rayonunda “İlqar market”də, “Cənnət market”də, “Starmart mağazası”nda, "Gəlinqaya kafesi”ndə, "Trabzon dönər"də, “Totel Baku” iaşə obyektində, Xətai rayonunda “Araz market”də, “Pak dad” iaşə obyektində, Binəqədi rayonunda “Kəndli kafe”də, “All season kafe”də, Qaradağ rayonunda Fikrət Ağayevə, Elxan Bağırova, Elçin Həsənova məxsus pərakəndə ticarət obyektlərində, Sabunçu rayonunda “Zəngi kafesi”ndə, Teymur İbayevə, Aqşin Mirzəyevə məxsus iaşə obyektlərində, Suraxanı rayonunda “Elnur market”də, Rəşad Bayramova məxsus ticarət, Tahir Əliyevə məxsus iaşə obyektində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR