.

Türkiyədə 1 665 yeni yoluxma qeydə alındı

.

Türkiyədə son 24 saat ərzində daha 73 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 858 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 665 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 311 455 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 318 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 273 282 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR