"​Prezident İlham Əliyevin çıxışı tarixi faktlara əsaslanır'' - AÇIQLAMA

.

“Cənab İlham Əliyevin sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində səsləndirdiyi fikirlər tarixi faktlara əsaslanır”.

Metbuat.az xəbər verir ki, bunu açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun elmi işçisi Yeganə Baxşıyeva saytımıza verdiyi müsahibədə qeyd etmişdir.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimində iştirak etdi və bir sıra aktual məsələlərə aydınlıq gətirdi. Prezident öz çıxışında haqlı olaraq qeyd etdi ki, hələ Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər həyata keçirilirdi.


Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı.Yeganə Baxşıyeva vurğuladı ki, Prezident İlham Əliyevin bu cür haqlı mövqeyini həmin dövrün tarixi hadisələri tamamilə təsdiqləyir. Belə ki, 60-cı illərdə Ermənistanda açıq fəaliyyət göstərən “Qarabağ Komitəsi” SSRİ Ali Sovetinin sədri A.Mikoyanın bu məsləni ermənilərin xeyrinə həll etməyə çalışması faktı sadalanan məsələlərin əsasında dayanır. Bu hadisələri təsdiq edən faktlardan biri 1965-cı ilin aprelin 23-də uydurma “erməni soyqırımının” 50 illiyi Ermənistanda geniş qeyd edilməsi olmuşdu. "

Yeganə Baxşıyeva bildirir ki, mərkəzin bilavasitə köməyi ilə 60-cı illərdə Azərbaycanda güclü erməni lobbisi yaradıldı. Hətta mərkəzin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il 7 may tarixli qərarı ilə sərhəd rayonlarında 2 min hektardan çox Azərbaycan torpağının (Laçında Qaragöl yaylağı, Qubadlıda Çayzəmin adlanan sahə, Qazaxın Kəmərli kəndi torpaqlarının bir hissəsi, Kəlbəcərdəki Zod adlanan sahə və s.) Ermənistana verilməsi haqqında 1938-ci il mayın 5-də verilmiş qərarı təsdiq etdi.

"Lakin az sonra Azərbaycanda hakimiyyətə gəlmiş Ümummilli lider Heydər Əliyev bu qərarın icrasına yol vermədi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Çünki Heydər Əliyev amili imkan vermirdi ki, onlar baş qaldırsın.

Ancaq Qorbaçovun yaxın ətrafı demək olar ki, ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı.

Azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarıldı. Xankəndidə ilk etnik təmizləmə siyasətinin təzahürləri üzə çıxdı və demək olar ki, azərbaycanlılar Xankəndidən qovuldular. Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərin Moskvada, habelə müvəffəqiyyətlə aldadılan dünya ictimaiyyəti tərəfindən soyuqqanlılıqla qarşılanması Dağlıq Qarabağ separatçılarının əl-qolunu daha da açdı.

Həmçinin imperiyanın səlahiyyətli nümayəndəsi A.İ. Volskinin “iki xalq arasında kompromis yaratmaq” adı altında ermənipərəst missiyası da səmərəli oldu. Xankəndində tətil nümayişlər ara vermirdi. Sentyabrın 18-də ermənilər azərbaycanlılar yaşayan Xocalı kəndinə hücum etdilər. Yəni, beləliklə, Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün imkan yaradıldı."

Eləcə də Yeganə Baxşıyeva Prezident İlham Əliyevin ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərə diqqət çəkməsini olduqca əhəmiyyətli amil kimi qiymətləndirdi.

"Prezident diqqətə çatdırdı ki, o vaxt Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi. Azərbaycanda faktiki ekoloji fəlakət zonası yaradılmışdı. Ekoloji vəziyyəti Sovet ordusunun olduqca zəhərli hərbi obyektləri daha da ağırlaşdırırdı.

Eləcə də Azərbaycanda radioaktiv maddələr basdırılmış “şərq qəbiristanlığı” salınmışdı. Yaşayış məntəqələrinin yaxınlığında canlı aləmə ciddi ziyan vuran güclü radiotutucu stansiyalar (ən böyüyü Qəbələdədir) qurulmuşdu. Əhalinin 75 faizi ekoloji baxımdan təhlükəli ərazilərdə yaşayırdı.

Prezident belə bir tarixi təhlil və müqayisə apararaq bu gün Azərbaycanın tamamilə fərqli ekoloji durumunu diqqətə çatdırdı. Belə ki, o vaxt Azərbaycanın neftlə ən çox çirklənmiş ərazisinin - Bibiheybət buxtasının hal-hazırda gözəl parklar, istirahət zonalarına çevrildiyini vurğuladı.

Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. Lakin indi Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR