Dünən Ukraynada baş verən dəhşətli təyyarə qəzası səbəbindən ölkədə amtəm elan olunub.
Metbuat.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb:
"25 sentyabr 2020-ci il tarixində Xarkov vilayətində An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qulluqçularının ölümünə səbəb olan faciə ilə əlaqədar olaraq, qurbanların xatirəsini anmaq üçün 26 sentyabr 2020-ci il Ukrayanda matəm günü elan edilsin".
Qeyd edək ki, Prezident Vladimir Zelenski qəza baş verən yerə gedib. Hadisə nəticəsində 25 nəfər həyatını itirib.
Mənbə: RİA Novosti