Tərtərdə əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır

Tərtərdə əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
09:43 18 Yanvar 2015
232 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 18 yanvar, AzərTAc 
Cəbhə zonasında yerləşən Tərtər rayonunda əhalinin içməli suya olan təminatının ödənilməsi məsəqdilə ardıcıl tədbirlər həyata keçirilir.
Tərtər Rayon İcra Hakimiyyətindən AzərTAc-a verilən məlumata görə, 2014-cü ildə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən rayonun Borsunlu, Təzəkənd, Dəmirçilər, Qaradağlı və Qazyan kəndlərinin hər birində 1 ədəd subartezian quyusu qazılıb, küçələrə su xətti çəkilərək bulaqlar quraşdırılıb.
Bundan başqa, Tərtər şəhərinin S.Vurğun və R.Kərimov küçələrində 1 ədəd subartezian quyusu qazılıb, 107 abonentə su xətti çəkilib. Seydimli kəndində küçələrə 3600 paqonmetr su xətti çəkilərək, 19 ədəd bulaq tikilib. Balakənkərli kəndində 1 ədəd subartezian quyusu qazılıb, küçələrə su xətti çəkilib və 14 ədəd bulaq inşa edilib. Borsunlu kəndində 1 ədəd subartezian quyusu qazılıb, 3 ədəd 25 kubmetrlik su çəni quraşdırılıb, 287 nəfər abonentin hər birinə fərdi qaydada su xətti çəkilib. Sarıcalı kəndində yaşayan məcburi köçkünlərin içməli suya olan tələbatını ödəmək üçün 1 ədəd dərinlik nasosu quraşdırılıb.
Tərtər şəhərinin və ona bitişik olan Səhləbad kəndinin içməli su və kanalizasiya sisteminin qurulması üçün layihə-smeta sənədləri hazırlanıb, 1 ədəd kəşfiyyat subartezian quyusu qazılıb. Yaxın vaxtlarda su və kanalizasiya sisteminin tikintisinə başlanılacaqdır.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terterde_ehalinin_ichmeli_su_ile_teminati_yaxsilasdirilir-825618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR