x
Loading...

​Ermənistan öz yaratdığı qan gölündə boğulacaq - Türkiyəli generaldan SƏRT AÇIQLAMA

.

Türkiyənin Azərbaycanda sabiq hərbi ataşesi, təqaüddə olan general-mayoru Yücel Karauz Metbuat.az-a özəl müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

- Yücel bəy sentyabrın-27 də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərini intensiv atəşə tutması nəticəsində Azərbaycan ordusu əks hücuma keçmişdir. Aparılmış uğurlu hərbi əməliyyatı siz necə qiymətləndirirsiniz?

“Bu günlər şanlı Azərbaycan tarixində şərəfli bir gündür. Çox qısa bir müddətdə Ermənistanın işğalı altında olan 7 kəndin Azərbaycan ordusu tərəfindən azad edilməsi böyük bir hərbi uğurdur. Bugün 93 milyonluq Türkiyə Azərbaycan xalqı bir vücudda ürək kimi döyünür”.

- Ermənistan silahlı qüvvələri ordusu cəbhə xəttinə yaxın mülki əhalinin yaşayış yerlərini atəşə tutur. Beynəlxalq hüquq normalarına zidd olan bu davranış barədə nə söyləyə bilərsiniz?

“Ermənistan həmişə olduğu kimi mülki yaşayış məntəqələrinə hücum etdi, yaşlı və uşaqlara qarşı təxribat törətdi. İşğalçı Ermənistanın bu qanunsuz hücumu beynəlxalq əxlaq və hüquq normalarına ziddir. Bu təxribat bütün dünyaya bəyan edilməlidir ”.

- Daima Azərbaycanın haqlı mübarizəsinin yanında olan Türkiyə bugün də qardaşını tək qoymadı.

Müxtəlif KİV və televiziya kanallarının xəbərlər proqramının əsas mövzusu Ermənistanın Azərbaycana qarşı təxribatı və Azərbaycanın bu hücumu layiqincə cavablandırması oldu. Hazırda mövcud durum barədə Türkiyə nə düşünür?

“Ötən gün səhər saat 06.00-dən başlayaraq 83 milyon Anadolu türkünün qəlbi və duaları Azərbaycan xalqı və silahlı qüvvələriylədir. Ermənistan – Azərbaycan cəbhə xəttində baş verənlər Türkiyə prezidentinin, Ali məclis başçılarının, xarici işlər nazirləri və müdafiə nazirlərinin diqqətindədir. Türkiyədə fəaliyyət göstərən bir siyasi partiya xaric digər bütün partiyalar, universitetlər, QHT-lər Azərbaycanı haqlı mübarizəsində dəstəklədiklərini elan etdilər.

Minlərlə insan işğal altındakı torpaqları azad etmək üçün Azərbaycanın marağı uğrunda könüllü mübarizə aparmağa hazırdır. Prezident Tayyip Erdoğan, beynəlxalq təşkilatları və dövlətləri Ermənilərin törətdiyi terror fəaliyyətinə cavab olaraq Azərbaycanı dəstəkləməyə çağırdı.

Bu son hadisə bir daha göstərdi ki, Qafqazda sülhün qarşısında mane olan terrorçu Ermənistandır.

Bu qısa müddətdə işğal olunmuş torpaqların azad edilməsi bir daha göstərdi ki, Azərbaycan güclü siyasi rəhbərliyə, güclü milli birliyə və güclü bir orduya malikdir. Bu qələbədən sonra kukla Paşinyan hakimiyyəti sona çatacaqdır.

Erməni xalqı kəndləri boşaldır və Paşinyanı istefaya çağırırlar. Ermənistan özünün səbəb olduğu qan gölündə boğulacaqdır. Tezliklə üçrəngli bayrağımızı Qarabağda dalğalandıracağıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu qəzamız mübarək olsun. Allahın izni ilə zəfərlərimiz davamlı olacaqdır ”.

Eşq olsun Azərbaycan Əskərinə!

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR