"Düşmənin başı əziləcəkdir" -

''Ermənistanın işğalçı ordusunun cəbhədə mülki əhalini atəşə tutmasına cavab olaraq Azərbaycan Ordusunun bütün cəbhəboyu zonada əks hücumu həm də anti-terror əməliyyatıdır.

Bunu Metbuat.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.''

Sitat: "Cənab Ali Baş Komandan İlham Əliyev Ermənistanın terrorçu hərbi siyasi rəhbərliyinə xəbərdarlıq etmişdi. Azərbaycanın səbrinin sonsuz olmadığını demişdi.

İndi isə bunu nəinki Ermənistan, bütün dünya görür. Azərbaycan Ordusu öz ərazilərini terrorçulardan, işğalçılardan azad edir.

Bu Azərbaycanın ən təbii və hüquqi haqqıdır. Artıq ilkin zəfərlər qazanılıb. Daha böyük zəfərlər isə qarşıdadır. Düşmənin sözün həm həqiqi, həm də məcazi mənalarında başı əziləcək".

E. Kəlbizadə Nikol Paşinyanın Rusiya Prezidentindən dəstək istəməsi məsələsinə toxunaraq dedi ki, Rusiyanın indiki halda Ermənistanı müdafiə etmək üçün, hərbi əməliyyatlar qoşulmaq üçün heç bir hüquqi əsası yoxdur. Çünki müharibə Azərbaycan ərazilərində gedir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR