Nikol Paşinyan məhsuliyyətə

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan ordusunun döyüşlər nəticəsində ciddi itkilərə məruz qalması barədə məlumatına əsasən, düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla, canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var.

Mübariz ordumuz müxtəlif istiqamətlərdə Ermənistan silahlı qüvvələrinə məxsus 3 silah-sursat anbarını məhv edib.

Gündəm ilə bağlı Metbuat.az-a özəl müsahibə verən politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistan ordusu 2016-ci il Aprel döyüşündən daha pis hazırlıqsız çıxdı. Amma, Ermənistan rəhbərliyinin aprel döyüşlərindən sonra ordunun döyüş qabiliyyətini və hərbi texnikasının yüksək səviyyədə olduğunu qeyd edirdilər.

"Dörd il ərzində Azərbaycan ordusu durmadan inkişaf etdi. Amma, Ermənistan ordusu daha da geriyə getdi. Ermənistan ordusunda vəziyyətin bu qədər acınacaqlı olması, Paşinyanın məsuliyyətə cəlb edilməsinə gətirəcəkdir.

Qeyd edim ki, Ermənistan ordusunun kəşfiyyat xidmətinin də nə qədər acınacaqlı olduğu ortaya çıxdı. Aprel döyüşləri ərəfəsində kəşfiyyatın zəif olduğunu etiraf etmişdilər. Eyni durum yenidən yaşandı və görünən odur ki, müsbətə doğru dəyişikliklər olmayıb. Sadəcə, hərbi texnikaları ön xəttə yığıb, təxribatlarla məşğul olurdular."

Politoloq bildirdi ki, artıq Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməsi təklifini irəli sürüb. Görünən odur ki, Ermənistan çıxış yolu axtarır.

"Vasitəçi ölkələrə gəldikdə isə, İran və Gürcüstanın vasitəçiliyi sadəcə, gülüncdür. Hakimiyyətdə olan "Gürcü Arzusu" partiyasının Azərbaycana isti münasibəti yoxdur. İran riyakar siyasət irəli sürür. Türkiyə və Rusiya arasında mümkün danışıqlar mümkün olacaqdır.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR