Komendant saatının tətbiqi ilə bağlı

Prezident İlham Əliyevin fərmanı ilə ölkə ərazisində hərbi vəziyyət elan edilib.

Fərmana əsasən, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Beyləqan, Ağdam, Tərtər, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21.00-dan saat 06.00-a qədər komendant vəziyyəti elan edilib.

Metbuat.az xəbər verir ki, fərmanda Konstitusiyanın 109-cu bəndi və 111-ci bəndi nəzərə tutularaq, qərara alınıb ki, 2020-ci il 28 sentyabr saat 00. 00-dan Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilmək nəzərdə tutulub.

Artıq Milli Məclisin sentyabrın 27 də keçirilən təcili iclasında ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi barədə qərarı təsdiq edib.

Həmçinin Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib.

Komendant saatının tətbiqinin zəruriliyi barədə Metbuat.az-a özəl müsahibədə hərbi ekspert Ramil Məmmədli bildirdi ki, bu qəbul edilmiş düzgün qərardır.

''Mövcud müharibə şəraitində Azərbaycan dövləti ölkədəki təhlükəsizliyin təmin etmək, yarana biləcək ajortajın qarşısını almaq, hərbi prosesslərə nəzarət etmək üçün komendant saatının tətbiq edilməsinə müvafiq hesab etdi.

Vətəndaşlarımız əlbəttə bu məsələyə normal yanaşmalıdırlar. Düşmənlə hazırda ön cəbhədə şanlı Azərbaycan ordusunun əskəri döyüşür. Hərbi qulluqçularımız bir-birinin ardınca düşmənin işğal etdiyi ərazilərdə qəhrəmanlıq nümayiş etdirirlər. İşğal olunmuş ərazilərimiz geri qaytarılır.

Belə bir vəziyyətdə komendant saatının tətbiqi labüddür.Çünki düşmənin dəyirmanına su tökən qüvvələr müxtəlif problemlər yarada bilərlər. Bu da ölkədə arzuolunmaz çaxnaşmanın yaranmasına səbəb ola bilər.

Bu məqsəd ilə də komendant saatının tətbiq edilməsi zərurəti meydana gəlir."


Məlumat üçün bildirək ki, komendant saatı dövründə insanların şəxsiyyət vəsiqələri və xüsusi sənədlər olmadan küçəyə çıxması qadağan edilib. Xüsusi giriş-çıxış rejimi tətbiq edilərək nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görüləcəkdir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR