İran tərəfindən münaqişə ilə bağlı gözlənilməz

İran son qələbələr münasibəti ilə Azərbaycan xalqını təbrik edir və Dağlıq Qarabağın tam azad olunmasını arzulayır.

Metbuat.az Trend-ə istinadən bildirir ki, bunu İranın dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amili deyib.

S.H.Amilinin sözlərinə görə, işğal olunmuş ərazilərin azad olunması tam şəkildə qanuni və dini tələblərə uyğundur:

"Allahdan 1 milyon qaçqının Qarabağa, öz ərazilərinə qayıtması, Qarabağ cəbhəsində haqq müdafiəçilərinə sağlamlıq və bu qiymətli müdafiənin şəhidlərinə rəhmət diləyirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR