Ankaranın simvolu bayrağımızın rənglərinə büründü -

Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycanın dövlət bayrağının rənglərilə işıqlandırılıb. İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

Atakule üstündəki işıq-şou Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmasında Azərbaycana dəstək və həmrəylik nümayişi məqsədilə təşkil olunub.

Atakule qülləsinin zirvəsində ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsi, onun ardınca isə “Can Azərbaycan!” şüarı üç rəngli bayrağımızın rəngləri fonunda hərəkətdədir.

İşıq-şou yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR