Netanyahu qəzəbləndi

Netanyahu qəzəbləndi
09:52 18 Yanvar 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin baş naziri Haaqa məhkəməsinin qərarını sərt təndiq edib
Beynəlxalq Cinayət Məhkəməsinin İsrail hökumətini istintaqa cəlb etməsi rəsmi Təl Əvivin qəzəbinə səbəb olub.

Anspress-in məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu qərarı sərt şəkildə təndiq edib.

Haaqa tribunalı bir qədər əvvəl Fələstin rəhbərliyinin şikayəti ilə İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlara dair ilkin istintaq araşdırması başladıb.

Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin qərarını cəfəngiyyat adlandırıb.

“Beynəlxalq hüququn ən yüksək standartlarına cavab verən İsrail hökumətini təqib etmək absurddur. Bizim hər bir addımımız İsrailin bütün dünyada məşhur olan qanunlarına uyğundur. İsrail özünü fələstinli terrorçulara qarşı müdafiə edir. Onlar bizim mülki vətəndaşlarımıza atəş açır, özləri isə mülkilərdən canlı qalxan kimi istifadə edirlər. Dünyada terrorizmə qarşı mübarizə aparan lider ölkə kimi məhz biz Haaqaya müraciət etməli olduğumuz halda, HƏMAS terrorçuları bizə qarşı ittiham irəli sürürlər. İŞİD, əl- Qaidə və Hizbullah da bu addımı təkrarlayarsa, bu, mənim üçün heç də süpriz olmayacaq”, - deyə Benyamin Netanyahu bildirib.

Qeyd edək ki, istintaq çərçivəsində, eyni zamanda, İsrailin Fələstin torpaqlarında tikdiyi evlər və HƏMAS-ın müharibə cinayəti törətməsi iddiaları da araşdırılacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR